AZ

Yasamal rayonunda oğurluq edənlər saxlanılıb

Bakı. Trend:

Yasamal rayonu ərazisində yerləşən restoranların birində oğurluqhadisəsi qeydə alınıb.

Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin obyektdə çalışan şəxsin 30 manat pulu və1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə oğurluq əməlini törətmiş 31 yaşlı T.Quliyevsaxlanılıb.

Həmçinin rayon ərazisində yerləşən parkların birindən bir nəfərəməxsus 3000 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəlibilinən, əvvəllər məhkum olunmuş 18 yaşlı R.Həsənov dasaxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
0
10
az.trend.az

10Mənbələr