AZ

Premyer Liqa: “Zirə” “Turan Tovuz”la üz-üzə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Bu, sözügedən komandaların 12-ci oyunu olacaq. Əvvəlki 11 oyunda “Zirə” 6, “Turan Tovuz” 3 qələbə qazanıb, 2 görüşdə bərabərlik qeydə alınıb. “Turan Tovuz” son 2 oyunda qol vurmayıb. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnib.

Komandaların Premyer Liqanın yarış cədvəlindəki mövqeyi də bu oyuna xüsusi prinsipiallıq qatır. Belə ki, “Zirə” hazırda 64 xalla ikinci, “Turan Tovuz” isə 49 xalla dördüncüdür.

Premyer Liqanın 33-cü turunun qalan görüşləri mayın 3-də və 4-də keçiriləcək.

Premyer Liqa
33-cü tur

2 may

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

3 may

“Şamaxı” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. “Dalğa Arena”, 19:30.

4 may

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 18:00

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 20:00.

Seçilən
0
3
arena.az

10Mənbələr