AZ

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a, “Neftçi” “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Artıq çempionluğu təmin etmiş “Qarabağ” bu turda “Sumqayıt”ı qəbul edəcək. “Azərsun Arena”da keçiriləcək oyunu Cavid Cəlilov idarə edəcək.

Turun qapanış matçında isə “Neftçi” “Kəpəz”lə üz-üzə gələcək. “Neftçi Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.

Premyer Liqa
33-cü tur

2 may

“Zirə” – “Turan Tovuz” 1:0
Qol: Salifu Suma, 48.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Akif Əmirəli, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

3 may

“Şamaxı” – “Səbail” 1:1
Qollar: Alfons Msanqa, 33 – Rüfət Abdullazadə, 67-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Sabah” 1:1
Qollar: Ülvi İsgəndərov, 20 – Vensan Till, 43.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. “Dalğa Arena”, 19:30.

4 may

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 18:00

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 20:00.

Seçilən
0
3
arena.az

10Mənbələr