Lerik rayonuna qar yağıb.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cənub bölgəsində temperaturun aşağı düşməsi nəticəsində Lerikdə qarlı hava şəraiti müşahidə olunub.
Dünən axşamdan rayonun Orand və Pirasora kəndlərinə də qar yağıb.
Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.