Lerik rayonuna qar yağıb.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, ötən gündən cənub bölgəsində temperaturun aşağı düşməsi nəticəsində Lerik rayonuna qar yağıb. Qar əsasən rayonun Orand və Pirasora ərazisində olan kəndlərə yağıb.
Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.