Türkiyənin Van vilayətinin Gevaş rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Avtosfer.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Qeyd olunur ki, qəza Van-Bitlis avtomobil yolunda qeydə alınıb. Sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb ediliblər.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.