EN

Avtobus aşdı:Onlarla sərnişin xəsarət aldı

Türkiyənin Van vilayətinin Gevaş rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Avtosfer.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunur ki, qəza Van-Bitlis avtomobil yolunda qeydə alınıb. Sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb ediliblər.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Chosen
0
avtosfer.az

1Sources