AZ

Biraylıq körpə çimizdirilərkən boğulubmuş

Abşeronda 1 aylıq körpə evdə ölüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

Onun tənəffüs çatışmazlığından vəfat etdiyi bildirilib.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 aprel saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun (cinsi qız) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

Seçilən
0
9
day.az

10Mənbələr