AZ

Abşeronda biraylıq körpənin ölümünün ilkin səbəbi açıqlanıb - Yenilənib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.04.2025-ci il tarixində saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub...

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuş qızın həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

***

Abşeronda 1 aylıq körpə evdə ölüb.

Poliqon xəbər verir ki, Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

Körpənin ölüm səbəbləri araşdırılır.

Poliqon.info 

Seçilən
0
2
poliqon.info

10Mənbələr