Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib. Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta