RU

Avtobusdan düşmək istəyən 3 qadının BAŞINA İŞ GƏLDİ

Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib. Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”)

Избранный
4
11
turanpress.com

10Источники