Bu gün Misli Premyer Liqasının XXXII turu çərçivəsində Bayılda vacib görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, "ASCO Arena"da çempionatın autsayderi "Səbail" bürünc medallara ən real namizəd "Araz-Naxçıvan"ı qəbul edib.

Elvin Məmmədovun komandası axırıncı pillədən qurtulmaq və Premyer Liqada yerini qorumaq üçün son cəhdlərini göstərir. "Dənizçilər" 90 dəqiqənin sonunda rəqibdən 1 xal almağı bacarıb: 1:1. 

27 aprel

“Səbail” – “Araz-Naxçıvan” 1:1 

Qollar: Marko Nikoliç, 75 - Ülvi İsgəndərov, 29

ASCO Arena. Saat 17:30

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elman Musayev