Bu gün Misli Premyer Liqasının XXXII turu çərçivəsində Bayılda vacib görüş keçiriləcək.
Offsideplus.az xəbər verir ki, "ASCO Arena"da çempionatın autsayderi "Səbail" bürünc medallara ən real namizəd "Araz-Naxçıvan"ı qəbul edəcək.
Elvin Məmmədovun komandası axırıncı pillədən qurtulmaq və Premyer Liqada yerini qorumaq üçün son cəhdlərini göstərir. Görəsən, ləqəbi "dənizçilər" olan "Səbail" "batan gəmi"sini xilas edə biləcəkmi?
"Araz-Naxçıvan"da isə vəziyyət fərqlidir: 4 gün öncə kubokla vidalaşan Muxtar Respublika təmsilçisi 3-cü pillədəki mövqeyini gücləndirmək istəyir.
Saat 17:30-da start fiti çalınacaq oyunun ən maraqlı məqamlarını saytımız vasitəsilə izləyə bilərsiniz.
27 aprel
“Səbail” – “Araz-Naxçıvan”
ASCO Arena. Saat 17:30
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev