AZ

"El-Klasiko"da hansı komanda qalib gəldi? - VİDEO

Futbol üzrə İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Sevilya şəhərində keçirilən final oyununda "El-Klasiko” baş tutub.

"Barselona" və "Real Madrid" komandalarının üz-üzə gəldiyi matç gərgin və bol qollu keçib. 

Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb.

Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. 

Bununla da "Barselona" 32-ci dəfə İspaniya Kral Kubokuna sahib çıxıb.

 


Bizim.Media

Seçilən
4
2
bizim.media

10Mənbələr