Bakı. Trend:
Futbol üzrə İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.
Trend xəbər verir ki, Sevilyaşəhərində keçirilən final oyununda "El-Klasiko” baş tutub."Barselona" və "Real Madrid" komandalarının üz-üzə gəldiyi matçgərgin və bol qollu keçib. Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçəilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Burada isə dahabir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub- 3:2. Bununla da "Barselona" 32-ci dəfə İspaniya Kral Kubokunasahib çıxıb.