Qornal kəndində (Kursk vilayəti) Müqəddəs Nikolay Beloqorski monastırının ərazisini azad edən rus əsgərləri qənimət kimi nadir Fennek zirehli maşını ələ keçiriblər.
Herbiand.az bildirir ki, bu barədə rusiyalı hərbi müxbir Dmitri Kulko məlumat verib.
“Nadir heyvan. Rəsmi olaraq Niderlanddan cəmi 9 belə maşının gətirilməsi elan edilib”, - hərbi müxbir öz Telegram kanalında yazıb.
Fennek 2000-ci illərin əvvəllərində alman və noderland mütəxəssisləri tərəfindən birgə hazırlanmış müasir döyüş kəşfiyyat vasitəsidir.
Zədələrə görə, Fennek monastır uğrunda gedən döyüş zamanı bir neçə kamikadze pilotsuz təyyarə ilə vurulub. Bundan sonra Ukrayna hərbçiləri maşını tərk edərək geri çəkiliblər. Hazırda rus əsgərləri zirehli maşının dizaynını öyrənirlər.
Texnika müxtəlif növ silahlar, o cümlədən pulemyotlar və avtomatik qumbaraatanlarla təchiz oluna bilər. Döyüş maşınının bəzi modifikasiyaları tank əleyhinə raket sistemləri ilə təchiz edilib. Fennek-in gövdəsi yuvarlanmış polad zirehdən hazırlanıb: zirehin ön hissəsi 12,7 mm-lik zirehli deşici güllələrin zərbələrinə, yan və arxa hissələri isə 7,62 mm-lik sursatın zərbələrinə tab gətirə bilir. Avtomobil 240 at gücündə dizel mühərriki ilə təchiz edilib və 110 km/saat sürətə çata bilir. Ekipaj üç nəfərdən ibarətdir. Kəşfiyyat üçün optik-elektron müşahidə sistemi, həmçinin Aladin pilotsuz uçan aparatı ilə təchiz olunub.
Bəxtiyar CƏFƏRLİ