AZ

Britaniya qırıcıları RUSİYA SƏMASINDA - Aviasiya müharibəsi başlayıb?

Britaniya qırıcıları Rusiya təyyarələrini müşayiət etmək üçün bu həftə iki dəfə Polşanın şimalındakı Malbork Hərbi Hava Qüvvələri bazasından havaya qaldırılıb.
 
Publika.az "İnterfax"a istinadla xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.
 
İlk uçuş çərşənbə axşamı, aprelin 15-də baş tutub. Komandanlıq Baltik dənizi üzərində Rusiyanın "İl-20" təyyarəsini izləmək üçün Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcısını göndərib.
 
"Cümə axşamı, aprelin 17-də daha iki döyüş təyyarəsi havalandırılıb. Sonra naməlum təyyarə Kalininqrad vilayətinin hava məkanını tərk edərək NATO hava məkanına yaxın olub", - nazirlikdən bildirilib.
 
Aprelin 6-da bildirilib ki, Polşa Silahlı Qüvvələrinin komandanlığı Rusiya tərəfinin Ukraynada iddia edilən fəaliyyəti ilə əlaqədar öz təyyarəsini səmaya qaldırıb.
 
Nəşr Rusiyanın Ukrayna ərazisində aktiv əməliyyat keçirməsi səbəbindən komandirlərin bütün mövcud qüvvə və resursları yerləşdirməyə qərar verdiyini bildirib. Bundan əlavə, hərbçilər yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini yüksək hazırlıq vəziyyətinə gətiriblər.
Seçilən
61
15
moderator.az

10Mənbələr