AZ

Londonda Ukrayna ilə bağlı dörd ölkənin nümayəndələri arasında yeni danışıqlar raundu keçiriləcək

Bakı. Trend:

Aprelin 23-də Londonda Böyük Britaniya, Fransa, ABŞ və Ukraynanümayəndələrinin iştirakı ilə danışıqların növbəti raundu baştutacaq.

Trend xəbər verirki, görüşün keçirilməsi barədə məlumat Parisdə aprelin 17-də baştutan əvvəlki müzakirələrin ardından elan edilib.

Fransanın xarici işlər naziri Jan-Koel Barro həmin görüşdənsonra bildirib: “Britaniyalı həmkarım, Almaniya nümayəndəsi DevidLemmi və mən amerikalılar, ukraynalılar və digər avropalılarlagələn həftə keçiriləcək görüşə hazırlıq məqsədilə yaxın günlərdəUkraynalı həmkarımızla təmasları davam etdirəcəyik”.

ABŞ dövlət katibi Marko Rubio Parisdəki görüşlərdən sonraRusiyanın xarici işlər naziri Sergey Lavrova zəng edib. LakinRubionun Londondakı görüşə qatılmayacağı bildirilib. Bu barədəDövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib. Onunsözlərinə görə, dövlət katibi hazırda olduqca məşğuldur və ABŞ-ı bugörüşdə Ukrayna üzrə xüsusi elçi, general Kit Kelloq təmsiledəcək.

Bir gün öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya vəUkrayna ilə son görüşlərini “çox yaxşı” adlandırıb və “yaxın üç günərzində” bu barədə daha ətraflı məlumat verəcəyini vəd edib.

Bu arada Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da ABŞprezidentinin nümayəndəsi Stiv Vitkoffun bu həftə yenidən Moskvayasəfər edəcəyini açıqlayıb.

Seçilən
38
41
az.trend.az

10Mənbələr