
Ukrayna ilə Rusiya sülh təşəbbüslərinə müsbət cavab verməsələr, ABŞ vasitəçi qismində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar prosesindən çəkiləcək.
Reyting.az xəbər verir ki, bunu ABŞ-nın vitse-prezidenti J.D.Vens deyib.
Vens bildirib ki, Tramp administrasiyası həm ukraynalılara, həm də ruslara “ədalətli təklif” verib.
"Biz (ABŞ-nın sülh planı ilə bağlı-red.) müsbət cavab almasaq, Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edəcəyik. Biz həm ruslara, həm də ukraynalılara aydın və ədalətli təklif vermişik", - deyə vitse-prezident əlavə edib.
Vaşinqton Ukraynada müharibəyə son qoymaq üçün ABŞ-nın Krımı Rusiyanın bir hissəsi kimi tanımasını və 2022-ci ildən sonra işğal edilmiş demək olar ki, bütün ərazilər üzərində Rusiyanın nəzarətini qeyri-rəsmi olaraq tanımasını ehtiva edən “sülh planı” təqdim edib. Kiyev isə bu təkliflə razılaşmır.
E. KAMAL