Beyrutun cənubunda içərisində İslam Müqavimət Hərəkatının döyüşçülərinin olduğu avtomobil İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, Damur şəhəri yaxınlığında nəqliyyat vasitəsinə zərbə endirilib, nəticədə "Kuvvat əl-Fəcr" dəstələrinin səhra komandiri Hüseyn Attavi ölüb.
Bu birləşmələr "Hizbullah"ın müttəfiqi olan "Əl-Cəmaa əl-İslamiyə" təşkilatının silahlı qanadıdır.