AZ

İsrail Livana zərbə endirib, səhra komandiri öldürülüb

Beyrutun cənubunda içərisində İslam Müqavimət Hərəkatının döyüşçülərinin olduğu avtomobil İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, Damur şəhəri yaxınlığında nəqliyyat vasitəsinə zərbə endirilib, nəticədə "Kuvvat əl-Fəcr" dəstələrinin səhra komandiri Hüseyn Attavi ölüb.

Bu birləşmələr "Hizbullah"ın müttəfiqi olan "Əl-Cəmaa əl-İslamiyə" təşkilatının silahlı qanadıdır.

Seçilən
43
1
report.az

10Mənbələr