AZ

Qərb şokda: Putin müharibə başlayandan bəri ilk dəfə bunu təklif etdi

Rusiya prezidenti Vladimir Putin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” qeyd edib.

Nəşr yazıb ki, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı istənilən danışığa hazır olduğunu vurğulayıb: “Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-ın təzyiqi fonunda baş verib”.

"Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər", - Putin deyib.

Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra prezidentin sözlərini belə izah edib: “Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqlar və müzakirələri nəzərdə tuturdu”.

O əlavə edib ki, Rusiya Federasiyası sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.

Seçilən
21
6
publika.az

2Mənbələr