Azərbaycandan Gürcüstana keçmək istəyirdilər – Saxlanıldılar
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları saxlanılıblar. Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.