Polşa Minifutbol Federasiyasının prezidenti Mixal Burjinski Bakıdakı qonaqpərvərliyə heyran qalıb.
Funksioner bunu "Report"a açıqlamasında deyib.
O, Azərbaycanda təşkil olunan minifutbol üzrə dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb:
"Mundial çox yaxşı təşkil olunub. Belə olacağını da gözləyirdik. Azərbaycanda minifutbolun yüksək səviyyədə olduğunu da bilirik. Dövlətiniz həmişə idmana dəstək olur".
O, Bakıda gördüklərinə heyran qaldığını söyləyib:
"Yarışın keçirildiyi Milli Gimnastika Arenası əladır. Atmosfer də möhtəşəmdir. Bu turnir üçün çalışan çox sayda insan var. Bakıdakı qonaqpərvərlik də bizi heyran edib".
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq