Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Report"un məlumatına görə, E qrupunda İndoneziya - Monteneqro matçı baş tutub.
Qarşılaşma avropalıların 4:0 hesablı qələbəsi ilə bitib.
Bununla da qrup mərhələsinin oyunlarına yekun vurulub.
Qazandığı qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Monteneqro 1/8 finala adlayıb.
Telegram kanalımız