RU

Rusiya Müdafiə Nazirliyi: 96 Ukrayna PUA-nı vurduq

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Moskva da daxil olmaqla Rusiya bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 96 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Nazirlikdən verilən açıqlamada, Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etdiyi bildirilib.

“Biz gecə saatlarında Moskva da daxil olmaqla bölgələrimizin üzərində 96 Ukrayna PUA-nı vurduq”

Bəyanatda bildirilir ki, gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 31-i Bryansk, 16-sı Belqorod, 11-i Kursk, 9-u Tula, 8-i Oryol, 6-sı Moskva, qalanları isə Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Digər tərəfdən, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) ölkənin bir çox hava limanında təyyarələrin eniş və qalxmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın son günlər PUA-larla Rusiya ərazisinə hücumlarını intensivləşdirdiyini açıqlayıb.

Избранный
0
3
kommersant.az

6Источники