AZ

Rusiya: Bu gecə bölgələrimiz üzərində 99 Ukrayna PUA-nı vurduq

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 99 pilotsuz uçuş aparatının (PUA) Rusiya bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Ukrayna ordusunun gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada 99 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 56-nın Belqorod, 25-nin Voronej, 7-nin Vladimir, 5-nin Kaluqa, 4-nün Tula, 1-nin Rostov, 1-nin Lipetsk bölgələri üzərində vurulduğu bildirilib.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyiölkənin bəzi hava limanlarında təyyarələrin eniş və qalxmasına müvəqqəti məhdudiyyətlər elan edib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın son günlər PUA-larla Rusiya ərazisinə hücumlarını intensivləşdirdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
3
turkustan.az

6Mənbələr