RU

Xankəndi şəhərində qəbul İMTAHANI KEÇİRİLİB - FOTO

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə qəbul imtahanı keçirilib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, prosesdə qayda pozuntusu qeydə alınmayıb.

Bundan başqa imtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulub ki, onlardan cəmi bir nəfər iştirak etməyib.



Bizim.Media

Избранный
0
30
bizim.media

10Источники