AZ

Xankəndidə ilk dəfə qəbul imtahanı


İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilib.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.

İmtahanda ümumilikdə 50 abituriyent iştirak edib.

Seçilən
0
10
news24.az

10Mənbələr