Həcc ziyarətinə getmək sevinci çox gözəl hissdir.
Bunu “Report”a açıqlamasında bu gün Həcc ziyarətinə yollanan Gülnarə Atayeva deyib.
O, bildirib ki, bu günü neçə illərdir arzulayıb: “Bir neçə dəfə Ümrə ziyarətində olmuşam. Amma Həcc ziyarətinə ilk dəfədir gedirəm. Hər kəsə bu ziyarətə getməyi arzulayıram.
Sevinirik ki, Allah bunu bizə qismət edib. Ancaq çox istərdim, gənclər, qocalar da Həccə getsin.
Həcc ziyarətini neçə illərdir arzulayırdım, ancaq bu il qismət oldu2.