RU

“Real”a göz yaşları içində vida etdi - FOTO

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 38-ci turunda “Real Sosyedad”la oyunda (2:0) “kral klubu”nun “sükanı arxası”nda son matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, italiyalı mütəxəssis vida oyununda göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən Madrid təmsilçisini çalışdırırdı. O, 2013-2015-ci illərdə də kluba rəhbərlik edib.

Karlo ümumilikdə qazandığı 15 titulla “Real” tarixinin ən uğurlu baş məşqçisi hesab olunur. İtaliyalı mütəxəssisin yeni iş yeri Braziliya millisi olacaq.

Избранный
0
17
bakivaxti.az

10Источники