RU

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 Rusiya hərbçisi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 əsiri Kiyevə təhvil verilib.

Bildirilib ki, Moskvanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək.

Избранный
0
3
xezerxeber.az

5Источники