AZ

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

APA-nın Moskva bürosu Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 16-da İstanbulda əldə olunmuş Rusiya-Ukrayna razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan ərazidən 307 Rusiya hərbçisi geri qaytarılıb.

Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 hərbi əsiri Kiyevə təhvil verilib.

Rusiya MN-dən bildirilib ki, Moskvanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı mübadilə davam etdiriləcək.

Seçilən
0
3
apa.az

5Mənbələr