RU

“Azeri Light” bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Sitat.info  xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları, yaxud 1,6 % artaraq 67,72 ABŞ dolları təşkil edib.

 Qeyd edək ki, ötən gün neftimiz 66,65 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Избранный
0
33
sitat.info

10Источники