Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
KONKRET.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 2.13% artaraq 3 394.50 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1.17% artaraq 33.61 ABŞ dolları olub.