RU

Əraqçi: "İran atomdan dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır"

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Vatikanın Dövlət katibi kardinal Pietro Parolin və dövlətlərlə əlaqələr üzrə katibi Pol Qallaher ilə görüşüb.

“Report” İran XİN-ə istinadən xəbər verir ki, görüş İran nümayəndə heyətinin nüvə proqramı üzrə ABŞ ilə danışıqlarda iştirak etmək üçün səfəri çərçivəsində baş tutub.

İranlı nazir Roma Papası Fransiskin bu yaxınlarda vəfatı ilə əlaqədar başsağlığı verib və XIV Leonun yeni Papa seçilməsi münasibətilə təbrik edib.

Əraqçi deyib ki, İran xalqının nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var və Müqəddəs Taxt-tac rəsmilərinə Vaşinqtonla danışıqların gedişi barədə məlumat verib.

Tərəflər Qəzza zolağındakı vəziyyəti də müzakirə edib və Yaxın Şərqdəki gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Həmsöhbətlər həmçinin İran və Vatikan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, dinlərarası dialoq və münaqişələrin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər.

"Cebheinfo.az" 

Избранный
0
2
cebheinfo.az

10Источники