RU

Ukrayna və Rusiya arasında əsir mübadiləsinin ilk mərhələsi reallaşdı

Ukrayna və Rusiya “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsini həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

O bildirib ki, proses cəmi üç gün davam edəcək.

“Bu gün – 390 nəfər. Şənbə və bazar günləri mübadilənin davamını gözləyirik”, – deyə dövlət başçısı qeyd edib.

Ukrayna Əsirlərlə iş üzrə Koordinasiya Qərargahının yaydığı məlumata görə, geri qaytarılanlar arasında 270 hərbçi və 120 mülki şəxs var. Onlardan 3-ü qadın, 387-si isə kişidir. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin, ərazi müdafiə qüvvələrinin, həmçinin Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin hərbçiləri var.

Избранный
0
26
publika.az

10Источники