İtaliyanın paytaxtı Romada Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün İran və ABŞ arasında danışıqların beşinci raundu başa çatıb – məsləhətləşmələr üç saat davam edib.
Editor.az bildirir ki, bu barədə “Axios” portalı sosial şəbəkələrdən birində yazıb. Məsləhətləşmələr Oman səfirinin İtaliya iqamətgahında baş tutub və vasitəçi Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr əl-Busaidi olub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.
Danışıqların konkret nəticələri açıqlanmayıb, lakin İran Xarici İşlər Nazirliyinin rəhbəri İranın dövlət televiziya və radio şirkəti İRNA-nın efirində onları əvvəllər keçirilən bütün danışıqların ən peşəkarı adlandırıb: “Tərəflər öz mövqelərini yekunlaşdırmaq, daha sonra danışıqların növbəti raundunu təşkil etmək və keçirmək barədə razılığa gəliblər… Ümid edirəm ki, növbəti bir-iki görüşdə danışıqların irəliləməsinə imkan verəcək qərarlar qəbul edə biləcəyik”, – Abbas Əraqçı deyib. İran Xarici İşlər Nazirliyinin rəhbəri Omanın işinə xüsusi təşəkkür edərək, bunun sayəsində irəliləyiş əldə etmək üçün real imkanın olduğunu qeyd edib.
//Samir Qurbanov, Editor.az