RU

Romada İran-ABŞ nüvə danışıqları başlayıb

İran və ABŞ rəsmiləri İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsinə başlayıblar. Bu barədə İSNA agentliyi məlumat yayıb.

XəzərNews.az agentliyin açıqlamasına istinadən bildirir ki,“İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü səhər İran və ABŞ arasında dolayı danışıqların beşinci raundunda iştirak etmək üçün rəsmi nümayəndə heyətinin başçılığı ilə İtaliyaya yola düşüb və cümə günü günortadan sonra şəhərə gəlib”.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü danışıqlar ərəfəsində bildirib ki, Tehran görüşdə sanksiyalar və ABŞ-ın nüvə proqramı ilə bağlı mövqeyini qaldıracaq.
Xatırladaq ki, mayın 11-də Omanda iki ölkə arasında dolayı danışıqların dördüncü raundu baş tutub. İran Xarici İşlər Nazirliyi bunu “bir-birini anlamaq üçün çətin, lakin faydalı” adlandırıb. Media Tehranın Vaşinqtona uranın zənginləşdirilməsi üzrə regional konsorsium yaradılması ideyasını təqdim etdiyini, bu konsorsiumun tərkibinə təkcə İranı deyil, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ərəb dövlətlərini də daxil etdiyini yazıb. Mayın 13-də ABŞ iki ölkə arasında danışıqların davam etməsinə baxmayaraq, nüvə proqramı ilə bağlı Tehrana qarşı yeni sanksiyalar elan etdi. NBC telekanalı bildirib ki, İran məhdudiyyətləri aradan qaldırmaq müqabilində ABŞ-ın nüvə sazişi üzrə şərtlərini qəbul etməyə hazırdır.


Xəbər 5 dəfə oxunub.
Избранный
0
50
xezernews.az

10Источники