RU

Abonentlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 23.05.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, “Semzavod” QPS-dan qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədi ilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media

Избранный
0
36
bizim.media

10Источники