RU

"İnternational Leasinginistiqrazlarında 50 investordan 50 sifariş

23 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Qeyd olunan AZ2001023236 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "International Leasing" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001023236

İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı: 1000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

Buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 18%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  2 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  1 000 000 manat

Reallaşdırılmış həcm: 1 000 000 manat

Hərrac qiyməti: 1000 manat

İnvestor sayı:  50

Sifariş sayı:  50

Anderrayter:  “Capital Partners İ.Ş.” QSC

Избранный
0
10
marja.az

10Источники