23 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan AZ2001023236 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "International Leasing" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001023236
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı: 1000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
Buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 18%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti: 2 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat
Reallaşdırılmış həcm: 1 000 000 manat
Hərrac qiyməti: 1000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Anderrayter: “Capital Partners İ.Ş.” QSC