RU

ABŞ kəşfiyyatı hərəkətə keçdi: "Rusiya, İran, Çin – bütün cəbhələrdə əməliyyat başlayır"

"Amerika Birləşmiş Ştatları hazırda 3 dövlət – Rusiya, İran və Çinlə danışıqlar aparsa da, təhlükənin məhz bu 3 istiqamətdən gəldiyi qənəatindədir. ABŞ prezidenti Donald Tramp Rusiya və Çin lideri ilə birbaşa, İranı təmsil edənlərlə isə diplomatları vasitəsilə danışıqlar aparır".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

ELXAN

Politoloqun fikrincə, Tramp hər 3 dövlətlə danışıqlarda uğur qazanacağaına inanır:

"Buna baxmayaraq, ABŞ-ın digər dövlət strukturları adı çəkilən 3 dövlətlə mübarizə aparılmasını əhəmiyyətli sayırlar. Çünki Vaşinqton bu 3 dövlətdən gələn təhlükəni neytrallaşdıra bilməyib. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin müavini Maykl Ellis son açıqlamasında Çinin ABŞ üçün əsas təhlükə olduğunu bildirib.

"Çin ABŞ üçün ən böyük təhlükədir, keçmişdə bu cür təhdidlə üzləşməmişik" deyən Maykl Ellis təhlükədən qurtulmağın yolunu da göstərib: "ABŞ Çin üzərində texnoloji üstünlüyü artırmalıdır".

Bu onun etirafıdır ki, Çin texnololi üstünlüklərini ABŞ-a qarşı istifadə edir. Maykl Ellisin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya, İran və Çinə diqqəti artırmalıdır. Bu isə o deməkdir ki, Mərkəzi Kəşfiyyat İdarəsi bu 3 ölkədə kəşfiyyat çalışmalarını genişləndirməyə çalışacaq.

Bu arada, ABŞ Konqresində Rusiyaya qarşı sanksiya tətbiqini dəstəkləyənlərin sayı artıb. Dövlət katibi Marko Rubio mayın 21-də Konqresin komitəsində çıxışı zamanı Rusiya mövzusunda mürəkkəb suallarla üzləşib. Konqres üzvlərinin bir qismi Ağ Ev sahibi Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətinin uğursuz olduğu qənaətindədir. Onların fikrincə, Tramp Putinə güzəştə getmək istəyir.

Rubio dinləmələrdə konqresmenlərin suallarına cavablarında bunun belə olmadığını əsaslandırmağa çalışıb. Respublikaçı-senator Lindsli Qrem Rusiyaya qarşı yeni sanskiya tətbiqiylə bağlı qanun layihəsi hazırlayıb. Onu dəstəkləyənlərin sayı artıb.

Qremin sözlərinə görə, Vladimir Putin sülh danışıqlarında maraqlı deyil, Kreml sahibi sadəcə vaxt qazanmağa çalışır. Qrem bu durumun Çinə də mənfi təsir edəcəyini bildirib: "Çinin ABŞ-dakı səfiri ilə görüşümdə ona Ukrayna müharibəsinin davamının Pekinin mövqelərinin zəiflətdiyini anlatdım".

Vaşinqton və Brüsselin Pekinin Kremlə təsiri artırması istəyinə baxmayaraq, Çin hakimiyyəti Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Putinə təzyiq etməyi düşünmür".

Xalidə Gəray
Musavat.com

Избранный
0
49
musavat.com

10Источники