RU

Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü

Çinli tələbə Xu Yanq 3D çap texnologiyası ilə hazırlanmış mikrodronu saatda 340,78 kilometr sürətə çatdıraraq Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə “Chinese Students” məlumat yayıb.

Tribunainfo.az xəbər verir ki, xəbər verir ki, Xu Yanq bildirib ki, ilkin sınaq nəticələrinə əsasən rəsmi sürətin təxminən 320 km/saat olacağını gözləyib:

“Lakin dronun 340 km/saat, hətta arxa küləklə birlikdə 350 km/saat sürətə çatacağını təsəvvür etməzdim.”

“Prowess” adlanan mikrodronun çəkisi 250 qramdan azdır. O, yüngül karbon lifli çərçivə və ultranazik 3D çaplı korpusla təchiz olunub. Həmçinin yüksək sürətli pərvanələrə malikdir.

Qeyd edək ki, Xu Yanq keçən ilin oktyabrında saatda 244 kilometr sürət göstəricisi ilə əvvəlki rekorda imza atmışdı. O, bu nailiyyətlə kifayətlənməyərək mühərrik və pərvanələr üzərində işləri davam etdirəcəyini və daha yüksək sürətə çatmağı hədəflədiyini bildirib.

Milli.Az

Избранный
0
1
tribunainfo.az

10Источники