İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 2 690 manat ödəniləcək.
Ötən il də bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 5 min manat ödənilib.