RU

Bacı -qardaş tarixi üzük möhürü tapdılar

Çanaqqalanın Ayvacık rayonunun Dəmirçi kəndində yaşayan bacı- qardaş, evlərinin yaxınlığında tapdıqları, tarixi əsər ola biləcəyini düşündükləri üzük möhürünü Troya Muzeyinə təhvil veriblər.

Sherg.az xəbər verir ki, ötən il Troya Muzeyində keçirilən "Takeover Day (Uşaqlar Muzeyi Ələ Keçirdi)" adlı layihəyə qatılan 10 yaşlı Aden Dayançaç, evlərinin yaxınlığında tarixi əsər ola biləcək bir əşya tapıb.

Aden, tapdığı əşyanı daha sonra 14 yaşlı böyük qardaşı Doran Dayançaça göstərib. Bacı-qardaş, üzərində xoruz fiquru olan əşyanı Troya Muzeyinə aparıblar.

Muzeydə aparılan araşdırmada əşyanın üzük möhürü olduğu və onun Şərqi Roma İmperiyası dövrünə aid olduğu müəyyən edilib.
Избранный
0
23
sherg.az

10Источники