BAKI, 18 may. TELEQRAF
Almaniya kansleri Fridrix Merts Donald Trampın Vladimir Putinlə planlaşdırılan telefon danışığından əvvəl bir neçə ölkə lideri ilə məsləhətləşmələr aparacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Merts qeyd edib ki, bu proses çərçivəsində ABŞ prezidenti ilə öncədən fikir mübadiləsi aparılacaq:
“Bu dialoqa hazırlıq məqsədilə biz – dörd dövlət və hökumət başçısı ABŞ prezidenti ilə bir daha danışacağıq. Artıq ABŞ-nin dövlət katibi Marko Rubio ilə Tramp–Putin telefon danışığının mümkünlüyü barədə müzakirələr aparılıb.
Merts həmçinin bu danışığın nəticə verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, mayın 17-də ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı planlaşdırdığını bəyan edib. O, bu danışıqların əsas mövzusunun Ukrayna münaqişəsinin dayandırılması olacağını qeyd edib. Trampın sözlərinə görə, telefon danışığı mayın 19-da baş tutacaq.