AZ

Mertz: Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərmək fikrindən "uzaqdır"

Almaniya kansleri Fridrix Mertz bildirib ki, Avropa hazırda Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə müzakirələrdən uzaqdır.

APA xəbər verir ki, bu barədə “Reuters“ agentliyinin məlumat yayıb.

Mertzin sözlərinə görə, bu mərhələdə bütün səylər Rusiyanın qeyd-şərtsiz atəşkəsə razı salınmasına yönəlib.

Mertz qeyd edib ki, növbəti addım sülh danışıqlarının formatının və Ukraynaya hansı təhlükəsizlik təminatlarının lazım olacağının aydınlaşdırılması olmalıdır.

“Hazırda qoşun göndərmək məsələsini müzakirə etməyə əsas yoxdur, biz bu fikirdən uzağıq. Biz istəyirik ki, silahlar sussun, qətllər dayansın… hazırda məhz bu məsələlərlə məşğuluq, digərləri ilə yox”, – deyə o əlavə edib.

Qeyd edək ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə cümə günü Albaniyada keçirilən sammit çərçivəsində görüşüblər. Görüş zamanı ABŞ prezidenti Donald Trampa zəng olunub.
Seçilən
0
50
sherg.az

10Mənbələr