RU

Avropa Ukraynaya qoşun YERİDİR?

Avropa Ukraynaya qoşun yeritməkdən çox uzaqdır, çünki bütün səyləri hazırda Rusiyadan qeyd-şərtsiz atəşkəsin təmin edilməsinə yönəlib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni bildiriblər.

"Növbəti addım sülh danışıqlarının formatını, eləcə də Ukraynanın bir gün hansı təhlükəsizlik zəmanətlərinə ehtiyac duya biləcəyini dəqiq müəyyən etmək olmalıdır", - Merz deyib.

"Hazırda bunun haqqında danışmaq üçün heç bir səbəb yoxdur, biz bundan uzağıq. Biz silahların dayandırılmasını, qətllərin dayandırılmasını istəyirik... bunlar hazırda məşğul olduğumuz məsələlərdir və başqa heç nə yoxdur", - o əlavə edib.

Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə cümə günü Albaniyada keçirilən sammit çərçivəsində vəziyyəti müzakirə etmək üçün bir araya gəliblər.

Onlar, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə bazar ertəsi danışacağını deyən ABŞ Prezidenti Donald Trampa zəng ediblər.

Избранный
0
50
cebheinfo.az

10Источники