RU

Mayk Pensdən Qətərin Trampa hədiyyə etdiyi təyyarə ilə bağlı şok sözlər

ABŞ prezidenti Donald Trampa Qətər hökumətindən hədiyyə olaraq verilən "Boeing 747-8" təyyarəsi ölkənin təhlükəsizliyini təhdid edir.

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens "NBC" telekanalında deyib.

Pensin sözlərinə görə, Qətər uzun müddət HƏMAS-ı dəstəkləyərək ikili oynayıb.

“Qətər əslində ABŞ-dakı universitetlərdə HƏMAS tərəfdarı etirazları maliyyələşdirir. Ona görə də Qətərdən təyyarə qəbul edəcəyimiz fikrinin özü təhlükəsizliyimizlə bir araya sığmır”, - deyə siyasətçi bildirib.

O hesab edir ki, Qətər ABŞ-a nə isə hədiyyə etmək istəyirsə, ekspertlərin təyyarənin təxmini qiyməti olaraq təyin etdiyi 400 milyon dolları ABŞ hərbi bazalarının infrastrukturuna sərmayə qoya bilər.

Pens həmçinin qeyd edib ki, ABŞ Konstitusiyası dövlət səlahiyyətlilərinə xarici ölkədən hədiyyə qəbul etməyi qadağan edir, yəni Tramp Qətərdən gələn təyyarəni qəbul edə bilməz.

Mayın 11-də məlum olub ki, Qətər kral ailəsi Tramp administrasiyasına “uçan saray” hədiyyə etmək istəyir. Ağ Ev rəhbəri hələ fevral ayında "West Palm Beach" hava limanına enən "Boeing 747-8"ə baxış keçirmişdi.

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani təyyarənin ABŞ prezidentinə şəxsi hədiyyə kimi verilmədiyini, bunun “hökumətlərarası sövdələşmə” olduğunu açıqlamışdı.(Publika.az)

Избранный
0
1
olke.az

10Источники